TƏHSİL İSLAHATI STRATEGİYASINA HƏSR OLUNMUŞDUR
Fevralin 18-də “Krisçen BİÇ” mehmanxanasında “Təhsil islahatı strategiyası” mövzusunda seminar işə başlamışdır.
Təhsil nazirliyinin Dünya Bankı ilə birgə keçirdiyi seminarda YUNİSEF-in nümayəndələri, Azərbaycanın pedaqoq alimləri, pedaqoji yönümlü ixtisasartırma institutlarının əməkdaşları, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, təhsil nazirliyinin rəhbər işçiləri, pilot məktəblərin təmsilçiləri, müəllimlər, tələbələr, valideynlər iştirak edirlər.
Seminarı təhsil naziri Misir Mərdanov açaraq dedi ki, bu tədbirdən məqsəd qarşıdakı on il üçün Azərbaycanda təhsil strategiyasını müəyyənləşdirməkdir. Nazir respublikamızda təhsilin vəziyyəti və mövcud problemlər haqqında məlumat verdi. Son iki il yarımda Azərbaycanda təhsil islahatı ilə əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdı.
Sonra təhsil nazirinin müavini İsgəndər İsgəndərovun “Azərbaycan təhsilinin əsas problemləri və on il üçün təhsil islahatı strategiyası”, Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə təhsil meneceri Ceyms Soknatın “Dünya Bankı təhsil sektorunun strategiyası və onun Azərbaycan üzrə həyata keçirilməsinin hazırkı nəticələri” haqqında məruzələri dinlənildi.
Seminar fevralın 20-də başa çatacaqdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə seminarın açılışında iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:12]
“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir
- 04.06.2026 [11:20]
Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb
- 04.06.2026 [11:10]
BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır
- 04.06.2026 [10:18]
Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib
- 04.06.2026 [00:15]
BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub
- 03.06.2026 [22:24]
Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]
Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib
- 03.06.2026 [23:57]
ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək
- 03.06.2026 [23:46]