TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Lakin Təhsil Nazirliyinə daxil olan məlumatlara görə, bir çox qeyri-dövlət təhsil müəssisələri hüquqları olmadığı halda, tələbə qəbulu aparmaq üçün abituriyentlərin sənədlərini qəbul edir, onlardan təhsil haqqı alırlar. Bu isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının kobud şəkildə pozulması deməkdir.
Təhsil Nazirliyi qeyd olunanlarla əlaqədar bir daha bildirir ki, respublikanın ali məktəblərinə tələbə qəbulu aparmaq yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə aiddir və bu məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən respublikamızda fəaliyyət göstərən bütün qeyri-dövlət ali və orta ixtisas məktəblərinin rəhbərlərinə xəbərdarlıq məktubu göndərilmişdir.
Ölkə ictimaiyyətinin nəzərinə çatdırırıq ki, ali və orta ixtisas təhsili müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydaları pozan şəxslər Təhsil Nazirliyinin müvafiq əmri ilə tələbələr sırasından xaric ediləcək və belə hallarda bütün məsuliyyət təhsil müəssisələrinin rəhbərlərinin üzərinə düşəcəkdir.