Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihələrin qəbulu davam edir
Bakı, 5 mart, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [15:05]
“Milli nəğmələr” kitabı 107 il sonra yenidən nəşr olunub
- 17.06.2026 [14:58]
FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi
- 17.06.2026 [14:53]
Azərbaycanlı alimin portreti
- 17.06.2026 [14:06]
Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət
“İRS” layihəsinin təqdimatı olub
- [15:22]
Azərbaycanlı alimin portreti
- [14:53]
Neymar fərdi məşqlərə başlayıb
- [13:21]