TƏKLİF OLUNAN QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİNİN SAYI 7,2 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulda Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə olunan əmlakın orta satış qiymətində 1,2 faiz azalma, icarə qiymətlərində isə 1,8 faiz artım qeydə alınmışdır.
Təklif olunan qeyri-yaşayış sahələrinin sayı 7,2 faiz artmışdır ki, bu da bazarda fəallığın azalması və mövsümi aylarla əlaqələndirilir.
Bakı şəhəri üzrə bir kvadratmetr qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyunda qeydə alınan 3 min 605 ABŞ dollarından 3 min 561 dollara qədər azalmışdır. Qiymətin dəyişməsi iyunla müqayisədə 1,2 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə 28,6 faiz artmışdır.
İyulda qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə Qaradağ, Nərimanov, Binəqədi, Əzizbəyov, Suraxanı, Xətai və Yasamal rayonlarında qiymət artımı, digərlərində isə azalma baş vermişdir.
Bazarda qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin orta qiymətindən (3561 dollar) aşağı olan obyektlər ümumi portfeldə 57,8 faiz paya malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]