Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları Türkiyədə səfərdə olmuşlar
Bakı, 17 mart (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Təbiət fənləri üzrə monitorinq sektorunun müdiri Xədicə Əzimova, Humanitar fənlər üzrə monitorinq sektorunun müdiri Cavanşir Orucov və Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin böyük məsləhətçisi Murad Əliyev bu il martın 9-dan 16-dək Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə Ankara şəhərində səfərdə olmuşlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, TQDK əməkdaşlarının Türkiyə elmi və texnoloji araşdırmalar komitəsində (TÜBİTAK-da), bu ölkənin Təhsil Nazirliyinin Yenilik və təhsil texnologiyaları, İbtidai təhsil və Orta təhsil şöbələrində, Təlim və tərbiyə şurasında görüşləri keçirilmişdir.
Görüşlərdə təhsil proqramlarının (kurikulumların), dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, onların məzmununun işlənməsi və təkmilləşdirilməsi, təhsildə müasir texnologiyaların tətbiqi və onun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılmış və hazırlanmış proqram çərçivəsində bu sahədə Türkiyənin müvafiq dövlət qurumlarında görülən işlər haqqında TQDK əməkdaşlarına məlumat verilmişdir.
Yekunda hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]