İQTİSADİYYAT
Telekommunikasiya texnologiyaları üzrə ingilis-azərbaycanca izahlı terminoloji lüğət nəşr edilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). “Telekommunikasiya texnologiyaları” ingiliscə-azərbaycanca izahlı terminoloji lüğət nəşr edilmişdir.
AZƏRTAC xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun və baş direktorun müavini Xankişi Kişiyevin müəllifi olduqları terminoloji lüğətdə informasiya nəzəriyyəsi, “internet və İP telefoniya”, şəbəkələrin arxitekturaları, “baza və abunə stansiyaları”, “maneə, təhrif və küylərə qarşı tədbirlər”, lifli-optik şəbəkələr, “qlobal və lokal şəbəkələr”, sanksiya edilməmiş daxilolmada müdafiə, xidmətin keyfiyyət göstəriciləri, mobil şəbəkə, mobil və peyk rabitələri və s. haqqında ingilis dilində spesifik terminlərin Azərbaycan dilində izahlı şərhi verilmişdir.
3 min 630 terminin şərh olunduğu kitab telekommunikasiya barədə biliklərin bütün sahələrini əhatə edərək universal xarakter daşıyır. Ümumiyyətlə, dil sahəsində beynəlxalq tənzimləyici rola malik olan bu kitab abunəçilər arasında informasiya mübadiləsi üçün çox mühüm əhəmiyyət malikdir.
Kitab telekommunikasiya sahəsi üzrə mütəxəssislər və infokommunikasiya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.