Təlimləri uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim edilib
Qəbələ, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçirilmiş qısamüddətli “Arıçılıq” peşəsi üzrə təlimləri uğurla bitirən müdavimlərə dövlət nümunəli sertifikatlar təqdim olunub.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin istehsalat mərhələsi “Tofiqoğlu” arıçılıq təsərrüfatında təşkil olunub və iştirakçılar burada 3 aylıq praktiki bacarıqlar əldə ediblər.
Qeyd edək ki, qısamüddətli peşə təlimləri 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə həyata keçirilir və məzunlara əmək fəaliyyətinə başlamaq üçün imkan yaradır.