Tərtərdə dezinfeksiya işləri davam etdirilir
Tərtər, 25 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Tərtər şəhərinin mərkəzi prospekt və küçələrində aparılıb.