REGİONLAR
Tərtərdə indiyədək vətəndaşlara 86 min 289 doza vaksin vurulub
Tərtər, 18 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin vaksinasiyasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 42 min 386, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 37 min 999, “buster” doza üzrə peyvənd olunanların sayı isə 5904 nəfərdir.