Tərtərdə selin fəsadları aradan qaldırılır
Tərtər, 11 iyun, AZƏRTAC
İyunun 9-da saat 23:00-dan başlayaraq yağan güclü yağışın yaratdığı sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərinə dəymiş ziyan aradan qaldırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından başlayaraq zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilib, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənib, şeben, qum-çınqıl materialı verilərək bərpa işləri görülüb. Hazırda ərazidə işlər davam etdirilir.