Təşkilat: Britaniyada təcili yardım xidməti pandemiyadan əvvəlkindən pis vəziyyətdədir
London, 29 aprel, AZƏRTAC
Böyük Britaniyada təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə daha pis vəziyyətdədir.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu barədə “Health Foundation” təşkilatının hesabatında bildirilib. Qeyd olunub ki, 2025-ci ilin yanvar ayında A&E (təcili yardım və qəbul) şöbələrində 12 saat və ya daha çox gözləyən xəstələrin sayı 61 min 529-a çataraq rekord həddə yüksəlib. Bu, təcili yardım xidmətlərinin performansında ciddi azalmaya işarə edir.
Hesabatda qeyd olunur ki, vəziyyətin əsas səbəblərindən biri xəstəxanalardan çıxmağa hazır olan, lakin sosial qayğı xidmətlərinin çatışmazlığı səbəbindən xəstəxanada qalmağa məcbur olan xəstələrin sayının artmasıdır. Bu, təcili yardım şöbələrində və təcili yardım maşınlarının xəstələri təhvil verməsində yubanmalara səbəb olur.
Səhiyyə Nazirliyi problemləri həll etmək üçün 1 milyard funt sterlinq dəyərində təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin bərpası planını açıqlayıb. Bu plan çərçivəsində 5 min əlavə xəstəxana yatağı və 800 yeni təcili yardım maşını təmin ediləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]