TEYMUR RƏCƏBOV FİDE-NİN QRAN-PRİ TURNİRİNDƏ LİDERLƏR SIRASINDADIR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində keçirilən FİDE-nin Qran-Pri turnirinin 10-cu turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya nümayəndəsi Yevgeni Alekseyevlə görüşdə qələbə qazanmışdır.
Oyunu ağ fiqurlarla başlayan T.Rəcəbov 54-cü gedişdə rəqibini təslim olmağa məcbur etmişdir. Son turlaradək liderlər sırasında addımlayan Vüqar Həşimov isə 57-ci gedişdə turnirin autsayderlərindən olan macarıstanlı Peter Lekoya uduzmuşdur. Digər həmyerlimiz Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Pavel Elyanovla qarşılaşmasını 57-ci gedişdə qələbə ilə başa vurmuşdur. Bu, Ş.Məmmədyarovun yarışda ilk qələbəsidir.
Digər qarşılaşmalar belə nəticələnmişdir: İ.Çeparinov- V.Akopyan 1:0, D.Yakovenko -E.İnarkiyev 1:0, R.Kasımcanov- A.Qrişuk 0,5:0,5, E.Bakro- Van-Yu 0,5:0,5.
On turdan sonra T.Rəcəbov, A.Qrişuk, D.Yakovenko -hərəyə 6,5 xal, V.Həşimov- 6 xal, Ş.Məmmədyarov, E.Bakro, Van Yu, P.Leko, İ.Çeparinov- hərəyə 5xal, E.İnarkiyev- 4,5 xal, Y.Alekseyev, R.Kasımcanov- hərəyə 4 xal, P.Elyanov və V.Akopyan -hərəyə 3,5xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]