“Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimat mərasimi başlayıb
Bakı, 3 iyun, AZƏRTAC
Səhiyyə Nazirliyi “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin (TRƏS) təqdimat mərasimini keçirir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarını, səhiyyə müəssisələrini, beynəlxalq tərəfdaşları, tibb ictimaiyyətini və medianı təmsil edən nümayəndələr iştirak edirlər.
Qeyd edək ki, TRƏS vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edir. Real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən, FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [11:53]
Mingəçevirdə ictimai dinləmə təşkil olunub
- 03.06.2026 [11:43]
DİN: Axtarışda olan 187 nəfər saxlanılıb
Maştağa qəsəbəsi ərazisində yanğın baş verib
- 02.06.2026 [23:55]
Ərdoğanla Paşinyan arasında telefon danışığı olub
- 02.06.2026 [23:41]
“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub
- 02.06.2026 [23:14]
“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
- 02.06.2026 [22:14]
Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır
- 02.06.2026 [20:43]