Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana qayıdış tələbi qarşıdurma deyil, ədalət çağırışıdır - Şamil Ayrım

Qərbi Azərbaycana qayıdış tələbi qarşıdurma deyil, ədalət çağırışıdır - Şamil Ayrım

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ müharibəsi Türk dünyasında milli oyanışın simvollarından birinə çevrilib. Bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyətinə və üzv dövlətlər arasında əməkdaşlığa nəzər saldıqda mühüm nəticələrin əldə olunduğunu görürük. Universitetlərimizdə, media qurumlarımızda, beyin mərkəzlərində və beynəlxalq platformalarda bu həqiqətləri daha güclü şəkildə gündəmə gətirməliyik. Qardaşlıq münasibətlərimizi yalnız emosional şüarlarla deyil, konkret elmi, diplomatik və mədəni təşəbbüslərlə dəstəkləməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Qərbi Azərbaycana qayıdış tələbi qarşıdurma çağırışı deyil, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biridir: “Ermənistan cəmiyyəti və vətəndaşları bu tələbdən narahat olmamalıdırlar. Söhbət insanların öz doğma yurdlarına ədalətli, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququndan gedir. İnsanların doğulduqları torpaqlara təhlükəsiz, şərəfli və hüquqi çərçivədə dönməsi regional barışığın ən səmimi və dayanıqlı əsaslarından biridir. Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq vicdan məsələsidir. Bu çağırış Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, insan hüquqlarına, tarixi ədalətə və insan ləyaqətinə əsaslanan çağırışdır. İnanıram ki, haqq gec-tez öz yerini tapacaq. Gün gələcək, Göyçədə yenidən Azərbaycan mahnıları səslənəcək, İrəvanın tarixi yaddaşı yenidən xatırlanacaq. Vaxtilə sürgün edilmiş insanların övladları və nəvələri ata-babalarının doğulduğu torpaqları sərbəst şəkildə ziyarət edəcəklər. Həmin gün dünya bir daha anlayacaq ki, ədalət bəzən geciksə də, xalqların tarixi yaddaşı heç vaxt silinmir və ədalət mütləq bərqərar olur. İnanıram ki, bir gün həmin yollar açılacaq və tarix bir daha sübut edəcək ki, türk xalqının yaddaşı və qardaşlıq ruhu heç vaxt məğlub olmur”.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - Tofiq Babayev
Videooperator - Mirrəsul Cəfərov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahdan 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir

İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi məsələdən daha çox humanitar məsələdir - ŞƏRH

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var?

“Zirə” Premyer Liqada mövsümə üçüncü dəfə ardıcıl 3 qələbə ilə başlayıb

Almaniyaya qoyulan xarici investisiyaların həcmi 50 faiz artıb

Oljas Bektenov Qazaxıstanın Baş naziri vəzifəsində qalıb

Qlobal miqyasda kritik minerallara investisiyalar 9 faiz azalıb

Şanxay Əməkdaşlıq Təşkilatı - Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni imkanlar - Təhlil

“Qarabağ” Dani Bolt ilə vidalaşıb

Siyasi şərhçi: Azərbaycan–ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır

Bu saata olan əsas xəbərlər

“Kəpəz”–“Turan Tovuz” matçında tamaşaçı rekordu: İzləyici sayı bu mövsümdə ilk, son 10 ildə 2-ci göstərici olub

Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir - ŞƏRH

“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş

Sentyabrın hava proqnozu açıqlanıb: Bəzi yerlərdə temperatur yüksək olacaq

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

Vidadi Rzayev: “Kəpəz” bu heyətlə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq

DİN: 24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır

Şimali Kiprdə bərə faciəsi: 23 nəfər hələ də itkin düşmüş hesab olunur

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil”

Fizioterapevt: Bəzi onkoloji pasiyentlərə seçici yanaşma əsasında fizioterapiyanın bərpa proqramları tətbiq edilə bilər

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir

® Azyaşlıya pasport verilməsi üçün razılıq ərizəsini artıq “mygov”dan əldə etmək mümkündür

Yağışlı havada sürəti azaltmaq təhlükəsizliyin əsas şərtlərindən biridir – BDYPİ-dən çağırış

Faktiki hava: Bəzi yerlərdə leysan yağır

Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Trinidad və Tobaqo Respublikasının Prezidenti Zati-aliləri xanım Kristin Karla Kanqaluya

Qazax politoloqlar: Azərbaycanın ŞƏT ilə əməkdaşlığı və Orta Dəhlizdəki rolu mühüm əhəmiyyət daşıyır

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə

Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

"Mercedes" beton maneəyə çırpıldı, ölən və yaralananlar var

® “AccessBank”da yeni dalğa – “AccessRadio” artıq yayımda!

BMU-nun 37 tələbəsi ikili diplom proqramı çərçivəsində Çinə yola salınıb

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinadan

ASAN könüllüləri rəqəmsal gələcəyin imkanlarını öyrəniblər

Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub

“Araz-Naxçıvan”ın futzalçısı: Çempionlar Liqasında ən arzuolunmaz rəqib “Piast”dır

Britaniyada vaxtından əvvəl azad edilən məhbuslar qısa müddətdə yenidən həbsxanaya qayıdırlar

Xaçmazda yük qatarının altında qalan şəxs ölüb

İyulda DSMF tərəfindən 21 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

On nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Şimali Kipr Türk Respublikasının Prezidenti Zati-aliləri cənab Tufan Erhürmana

Bakıda yayın son konserti təşkil olunub

Azərbaycanda turizmin inkişafına aid yeni kitab nəşr olunub

Qızıl və gümüşün qiyməti azalıb VİDEO

Qızıl və gümüşün qiyməti azalıb VİDEO

Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb

Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a, “Qarabağ” “Sumqayıt”a qarşı

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Bakının bəzi yollarında sıxlıq yaranıb

Ekspert: Azərbaycan kütləvi və adsız məzarlıqlarda dəfn edilən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində sistemli iş aparır

“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb

Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb

ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır

Londonda karnaval zamanı 169 nəfər saxlanılıb

İran İordaniyadakı ABŞ hərbi bazasına zərbələr endirib

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

İranın cənubundakı adada növbəti partlayışlar baş verib

SEPAH: Larak adasına hücum cavabsız qalmayacaq

Şimali Kipr sahillərində davam edən axtarış-xilasetmə işlərinə Türkiyədən tam dəstək göstərilir

ABŞ ordusu İranın iki raket kompleksini məhv edib

Şimali Kiprdə 3 günlük milli matəm elan edilib

Nepal və Tibet sərhədində baş verən daşqınlar zamanı 85 amerikalı itkin düşüb

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Gəncədə fərdi yaşayış evində baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Hörmüz boğazında Britaniya tankerinə hücum olub

Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

Girnədə batan gəmi ilə bağlı genişmiqyaslı istintaq və axtarış işləri davam edir

Praqada trolleybus nəqliyyatının 90 illiyi qeyd olunur

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Premyer Liqa: "Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub edib

Bu saata olan əsas xəbərlər

Macarıstanda quruyan gölün dibindən yüzlərlə köhnə təkər aşkar edilib

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti mərhələsi Lerikdə təşkil olunub

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Norveç Kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb