Nazir: Süni intellekt əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa imkan verəcək
Bakı, 3 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsallaşdırma siyasəti çərçivəsində vahid səhiyyə informasiya məkanı yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev deyib.
Nazir vurğulayıb ki, tibbi məlumatların vahid informasiya məkanında toplanması süni intellekt texnologiyalarından istifadə etməklə dərin təhlillərin aparılmasına imkan yaradacaq. Yeni sistem əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetmə və gələcək səhiyyə strategiyalarının hazırlanmasına mühüm töhfə verəcək.
“Rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünün təmin edilməsi məqsədilə tibbi məlumatların digər dövlət informasiya sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək”,- deyə Teymur Musayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]