Almaniyada polis əməkdaşına atəş açdıqdan sonra üç qızını girov götürən şəxs təslim olub
Berlin, 3 iyun, AZƏRTAC
Almaniyanın Dortmund şəhərində polis əməkdaşına atəş açdıqdan sonra üç azyaşlı qızını girov götürərək mənzilə sığınan şəxs uzun sürən əməliyyatdan sonra təslim olub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Serbiya vətəndaşı olan şəxs ötən gecə restoranlardan birində iğtişaş törədib, ziyarətçiləri hədələyib və bibər qazından istifadə edib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.
Polis yardım çağırışı əsasında gəldikdə şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına tapançadan atəş açıb. Güllə polis əməkdaşının qoruyucu jiletinə dəyib və nəticədə o, yüngül xəsarət alıb.
Bundan sonra həmin şəxs üç azyaşlı qızını mənzildə girov saxlayıb. Xüsusi təyinatlı qüvvələr binanı mühasirəyə alaraq danışıqlara başlayıblar. Gecə saat 03:30 radələrində şübhəli şəxs polisə təslim olub və saxlanılıb.
Girov götürülən uşaqların vəziyyətinin yaxşı olduğu, onların polis nəzarətinə götürüldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]