Küveyt Beynəlxalq Hava Limanına PUA hücumu: hava məkanı bağlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Küveyt Beynəlxalq Hava Limanının terminallarından birinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə terminala ciddi ziyan dəyib, xəsarət alanlar var.
AZƏRTAC Küveytin Kuna informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində terminal binasının bir hissəsinə zərər dəyib, təhlükəsizlik və fövqəladə xidmətlər əraziyə cəlb olunub. Xəsarət alanların sayı və vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Hava nəqliyyatı dispetçerlərinin məlumatına görə, insidentdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində Küveyt üzərindəki hava məkanı 24 saat müddətinə uçuşlar üçün bağlanıb. Bu səbəbdən ölkəyə və ölkədən həyata keçirilməsi nəzərdə tutulan çoxsaylı reyslərin təxirə salınacağı və ya marşrutlarının dəyişdiriləcəyi gözlənilir.
Hadisənin səbəbləri araşdırılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumatın veriləcəyi bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]