Ağdaşda yol qəzası ölümlə nəticələnib
Ağdaş, 3 iyun, AZƏRTAC
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində hərəkətdə olan, Əlirza Lətifovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Müxbir- Rəşad Türkoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir
- 06.10.2026 [13:14]
Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər
- 06.10.2026 [13:01]
Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO
- 05.10.2026 [23:06]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]