Böyük Britaniya Atletika Federasiyası idmançının ölümü ilə bağlı 350 min funt sterlinq cərimələnib
London, 2 iyun, AZƏRTAC
Böyük Britaniya Atletika Federasiyası (UK Athletics) 2017-ci ildə paraatlet Abdullah Həyyayinin məşq zamanı həlak olması ilə bağlı təhlükəsizlik qaydalarını pozduğuna görə 350 min funt sterlinq məbləğində cərimələnib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə Londonun Old Bailey məhkəməsində qərar qəbul olunub. Məhkəmədə bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən paraatlet Abdullah Həyyayi 2017-ci ildə Londonun şərqində keçiriləcək Paraatletika üzrə Dünya Çempionatına hazırlıq zamanı metal konstruksiyanın üzərinə aşması nəticəsində həyatını itirib.
Hakim Riçard Marks idmançının ölümünü faciəvi, vaxtsız və tamamilə qarşısı alına bilən hadisə kimi qiymətləndirib. Araşdırma zamanı məlum olub ki, atma növləri üçün nəzərdə tutulmuş qoruyucu qəfəs vacib baza lövhələri olmadan quraşdırılıb. Güclü külək nəticəsində konstruksiya aşıb və ağır metal dirək Abdullah Həyyayinin baş nahiyəsinə dəyərək ölümünə səbəb olub.
Məhkəmə, həmçinin federasiyanın keçmiş idman direktoru, 79 yaşlı Kit Devisə avadanlığın təhlükəsizliyinə nəzarət etmədiyinə görə 175 saat ictimai iş cəzası verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [18:08]
Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir
- 17.09.2026 [16:42]
“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb
- 17.09.2026 [15:23]
Timsahların məskunlaşdığı çayda Olimpiya yarışları keçiriləcək
- 17.09.2026 [15:20]
Amerikalı basketbolçu Azərbaycanda klubunu dəyişib
- 17.09.2026 [13:53]
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
- 17.09.2026 [13:31]
Yurgen Klopp Almaniya millisinin heyətinə 44 futbolçu dəvət edib
- 17.09.2026 [13:03]