Tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri indeksi hesablanır
Bakı, 20 aprel, AZƏRTAC
“Tikinti” iqtisadi fəaliyyət növünü xarakterizə edən qiymət statistikası sisteminin göstəricilərindən biri hesab olunur və “tərkib elementləri” metodu ilə hesablanır. Tikintidə qiymətlərin dinamikası üçün ən vacib, tipik tikinti məhsullarının - yerüstü tikililər və yol qovşaqlarında istifadə olunan məhsulların müayinəsi aparılır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, indeksin hesablanması üçün informasiya mənbəyi kimi tikinti təşkilatlarının seçmə şəbəkəsinin statistik müayinə məlumatları çıxış edir. Tikinti-quraşdırma işlərinin hər bir növü üzrə hesabat və əvvəlki dövrün faktiki qiymətlərinin müqayisəsi yolu ilə fərdi indeksləri hesablanır.
Daha yüksək səviyyələrdə qiymət indekslərinin aqreqasiyası zamanı seçilmiş tipik tikili növlərinin inşasında ilkin iş və elementlərin
dəyər qiymətləndirilməsi ilə əsaslandırılmış çəki strukturundan istifadə olunur.
Tikintidə mövcud olan smeta-normativ bazasına əsaslanan tikinti elementləri bundan sonra respublika ərazisini təmsil edən tikililərin standart tipləri üzrə aqreqasiya olunur.