“TikTok Startup Academy”də iştirak üçün Azərbaycandan 16 innovativ startap seçilib
Bakı, 16 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “TikTok” ilə birgə təlim proqramına - “TikTok Startup Academy”ə seçimlərin birinci mərhələsi yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “TikTok Startup Academy”də iştirak üçün Azərbaycandan 16 innovativ startap seçilib.
Növbəti mərhələdə “TikTok Startup Academy”də startaplarımız "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən və ingilis dilində keçiriləcək vörkşoplarda iştirak edəcəklər.
16 startapdan seçilmiş 8-i noyabrın 28-də baş tutacaq finalda “pitching” sessiyasında iştirak edəcək. Burada startaplar öz marketinq strategiyalarını nümayiş etdirəcəklər.
Ən uğurlu startapların hər biri “TikTok” platformasındakı marketinq investisiyası üçün 2000 ABŞ dolları məbləğində mükafat əldə edəcək.
Qeyd edək ki, proqram Azərbaycan və Özbəkistandan olan startap komandalarına “TikTok” platformasında səmərəli marketinq üçün gərəkli bilik və bacarıqları öyrədəcək.