Tokio hökuməti koronavirus pandemiyasına görə xəbərdarlığı ləğv edib
Tokio, 12 iyun, AZƏRTAC
İyunun 12-də Tokio hökuməti Yaponiya paytaxtında koronavirus pandemiyasına görə tətbiq etdiyi xəbərdarlığı ləğv edib.
AZƏRTAC xəbər verir ki, bununla da Tokioda barların və restoranların gecə yarısınadək işləməsinə, attraksion parklarının və “Pachinko” oyun mərkəzlərinin ziyarətçilər üçün açılmasına icazənin verildiyi üçüncü mərhələyə start verilib.
Xatırladaq ki, paytaxt hökuməti infeksiyanın yayılmasının artması ilə əlaqədar iyunun 2-də “Tokio xəbərdarlığını” elan etmişdi. Əhalini sayıqlığı artırmağa çağırmaq məqsədilə paytaxtın bir sıra dövlət binaları və “Göyqurşağı” körpüsü qırmızı rənglə işıqlandırılırdı.
Son günlər vəziyyətin yaxşılaşması həmin xəbərdarlığın ləğvi barədə qərarın qəbuluna səbəb olub. Belə ki, iyunun 11-də Tokioda cəmi 22 yoluxma qeydə alınıb. Bundan əvvəlki dörd gün ərzində isə yoluxanların gündəlik sayı 20-dən aşağı olub.
Qeyd edək ki, Yaponiya hökuməti ötən ayın 25-də bütün ölkə ərazisində fövqəladə vəziyyət rejiminin ləğv olunduğunu bəyan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]