Toronto kinofestivalında “Köçərilərin torpağı” filmi qalib gəlib
Bakı, 20 sentyabr, AZƏRTAC
ABŞ-da çalışan çinli rejissor Xloe Zaonun “Köçərilərin torpağı” (Nomadland) filmi 45-ci Toronto beynəlxalq kino festivalının (Toronto International Film Festival, TIFF) Qran-pri mükafatını alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı festivalın təşkilatçıları yayıb.
“Köçərilərin torpağı” ABŞ-da “yeni köçərilər” - yollarda yaşayan insanlar haqqında filmdir. Bu ekran əsəri, həmçinin Venesiya film festivalının ən yüksək mükafatına layiq görülüb.
Dünyanın ən böyük film festivallarından biri olan TIFF sentyabrın 10-dan 19-dək keçirilib. Bu il koronavirus pandemiyası ilə əlaqədar festivalda 100-dən az film təqdim olunub. Digər festivallardan fərqli olaraq orada rəsmi jüri yoxdur, qalib ekran əsəri tamaşaçı səsverməsinin nəticələrinə əsasən seçilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]