TORPAQ BAZARINDA ƏN ÇOX QİYMƏT ARTIMI SURAXANI RAYONUNDA OLMUŞDUR
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulda Bakı şəhəri üzrə torpaq bazarında 1 sotun qiyməti 3,2 faiz azalaraq 24 min 865 ABŞ dolları səviyyəsində olmuşdur.
Ay ərzində şəhərətrafı və şəhərdən kənar rayonlarda torpağa tələbat mərkəzə nisbətən daha yüksək olmuşdur. Qiymət indeksinin azalması da məhz ucuz torpaqlar hesabına baş vermişdir.
İyunla müqayisədə rayonlar üzrə ən çox qiymət artımı Suraxanıda (29,5 faiz), ən çox qiymət azalması isə Binəqədidə (12,3 faiz) qeydə alınmışdır.
İyulda bazara təklif olunan ən bahalı torpaq sahəsi yenə də Nərimanov rayonunda (1 sotun qiyməti 400 min dollar), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda (500 dollar) qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]