“TORPAQ NAMUSDUR” DEVİZİ ƏSGƏRLƏRİ YENİ HÜNƏRLƏRƏ ÇAĞIRIR
“N” saylı hərbi hissədə keçirilmiş görüşdə xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığından söhbət açılmış, şairin sözlərinə yazılmış mahnılar səslənmişdir. Bu mahnıları xalq artisti Zaur Rzayev yüksək professionallıqla oxumuşdur. Müğənninin və Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Xalq şairi N.Həsənzadə görüşün təşkilindən məmnun qaldığını ifadə edərək, bu tədbirin tərbiyəvi, mənəvi-psixoloji əhəmiyyətinə görə şəxsi heyətə minnətdarlığını bildirmişdir.