Tovuz sakinini döyüb pulunu və mobil telefonunu quldurluq yolu ilə alan şəxslər yaxalanıb
Bakı, 19 avqust, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Qurbanovu döyüb 320 manat məbləğində pulunu, mobil telefonunu və sənədlərini quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakinləri Ə.Hüseynov, K.Alıyev, M.Əliyev və O.Sadıqov müəyyənləşdirilərək yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə F.Səmədovun avtomobilindən 400 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini A.Özbəkov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.