Tovuzda yol qəzası baş verib
Tovuz, 21 oktyabr, R.Novruzoğlu, AZƏRTAC
Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun girişində “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, “KİA” və “Mitsubusi” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.