Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Toy prezidenti”: Ermənistanda prezidentliyin “şizik”dən “fizikə” təhvil verilməsi

“Toy prezidenti”: Ermənistanda prezidentliyin “şizik”dən “fizikə” təhvil verilməsi

Ermənilər növbəti dəfə seçki şousu göstərdilər. Konstitusiyada edilən dəyişikliyə görə, artıq ölkə parlament üsul-idarəsinə keçir. Bu səbəbdən prezident real idarəetmə imkanlarını itirir. Ermənistan Respublika Partiyası və daşnakların təqdimatı ilə parlament yeni prezidenti seçib. O, 105 səsdən 90-nını alan keçmiş səfir, ixtisasca fizik olan, Avropa və Rusiyada geniş biznes şəbəkəsinə malik Armen Sarkisyandır. Ermənistan KİV-i bu adamın erməni diasporu ilə sıx bağlılığının olduğunu vurğulayır. Serj Sarkisyanın məhz belə bir fiqura üstünlük verməsini bununla izah edirlər. Gözlənilir ki, A.Sarkisyan son zamanlar Ermənistana yardımları azaldan diaspor təşkilatlarını yola gətirə biləcək, İrəvana diasporun daha çox dəstək verməsinə nail olacaq. Lakin bu, baş tutsa belə, bir sıra analitiklər bunun Ermənistan dövlətçiliyi üçün ciddi müsbət təsirinin olmayacağını, əksinə, ermənilərin bununla özlərinin müstəqil olmaq imkanlarını daha da məhdudlaşdıracaqlarını proqnozlaşdırırlar. Bu fikirlər kontekstində Ermənistanda yeni prezidentin seçilməsi hadisəsinin Cənubi Qafqazın geosiyasi dinamikasına mümkün təsirləri üzərində dayanmağa ehtiyac gördük.

Şəxsi maraqların əsirliyində: erməni iqtidarının mahiyyəti dəyişmir

Serj Sarkisyan prezidentliyi müddətində dövlət idarəçiliyini bərbad vəziyyətə salmış adam kimi yadda qaldı. Nə daxili, nə də xarici siyasətdə prinsipial olaraq müsbət qarşılanan addım atmadı. Bu barədə erməni ekspertlərin özləri belə yazırlar. O cümlədən S.Sarkisyanı Uinston Çörçill və Şarl dö Qolla müqayisə edən Eduard Şarmazanov da gülüş obyektinə çevrilib. İnsanlar sual edirlər ki, hansı keyfiyyətlərinə və əməllərinə görə S.Sarkisyanı Çörçill və dö Qolla müqayisə etmək olar?

Məsələn, erməni mətbuatı vurğulayır ki, Çörçill və dö Qoll dünya miqyasında situasiyanı dəyişən işlər görüblər. Dö Qoll Fransanı işğaldan azad edib və dünyanın söz sahiblərindən biri statusuna yüksəldib, Çörçill fəaliyyəti dövründə Böyük Britaniya üçün olduqca mühüm işlərə imza atıb. Onu indi də dünyanın ən böyük siyasətçilərindən biri hesab edirlər. Bunların fonunda sual edirlər: "Bəs S.Sarkisyanın baqajında nələr var? Erməni-türk protokolları ləğv edilib, Qarabağ münaqişəsi həll edilməyib, Ermənistan regionun maliyyə, texnoloji, nəqliyyat və başqa mərkəzləri ola bilmədi" (bax: Наира Айрумян. Кто упорно толкает Сержа Саркисяна в “яму” Черчилля и де Голля / Lragir.am, 6 mart 2018).

Doğrudan da, o qədər gülünc müqayisədir ki, onu ciddi analiz obyektinə çevirmək belə risklidir. Lakin Ermənistanda yeni prezidentin seçilməsi prosedurunun daxili məntiqinə nüfuz etmək baxımından nəzərə alınmalı faktlardır. Məsələ ondan ibarətdir ki, ermənilərin yeni sistemə keçməsinin özünün süni və qondarma bir proses olduğu haqqında fikirlər səsləndirilir, faktlar gətirilir. Belə ki, bütün oyunu S.Sarkisyanın özünün qurduğu və əsas məqsədinin hakimiyyətdə qalmaqdan ibarət olduğu bildirilir.

Bunun üçün S.Sarkisyan A.Sarkisyanın namizədliyini irəli sürüb. Onların yalnız soyadları eynidir, heç bir qohumluqları yoxdur. Həm də S.Sarkisyanı Ermənistanda daha çox “şizik” kimi, A.Sarkisyanı isə “fizik” kimi tanıyırlar. İndi zarafat edirlər ki, Ermənistanda “şizik” prezident kürsüsünü “fizik”ə hədiyyə etdi. İndiki prezident Kembricdə elm adamı kimi çalışıb, Böyük Britaniyada və bir neçə başqa Avropa ölkəsində səfir işləyib. Onun Rusiyada geniş biznesinin olduğu da vurğulanır. Biznesdə ilk addımını isə Avropada atıb. Özünün dediyinə görə, “üç həyatı" olub. Birinci həyatı sovet alimliyi, ikincisi Kembricdə çalışması, üçüncüsü isə siyasət aləminə qatılmasıdır (bax: Константин Фрумкин. Три жизни Армена Саркисяна / Scandaly.ru, 14 avqust 2013).

Sarkisyanın gedişi: hakimiyyətdə qalmağın növbəti şousu

Armen Sarkisyan siyasətə keçmiş prezident Levon Ter-Petrosyanın təkidi ilə gəlib. Ondan Böyük Britaniyada erməni səfirliyinin açılmasına kömək etməyi xahiş ediblər. Nəticədə, A.Sarkisyanın özünün dediyi kimi, “sağ ol” demək əvəzinə səfir təyin ediblər. Lakin o, uzun müddət bu işdə qala bilməyib. Sonra Ermənistana baş nazir təyin edilib. Cəmi bir il bu vəzifədə işləyib və xərçəngə tutulduğuna görə istefa edib. Özünün müalicəsi ilə məşğul olacağını deyib. Ancaq faktlar göstərir ki, burada Ermənistanın o vaxtkı müdafiə naziri (o da tərslikdən Sarkisyandır) öz otağında A.Sarkisyanı əməllicə döyübmüş. Məhz bundan sonra A.Sarkisyan ölkəni tərk edib.

Avropa ona düşüb - burada o, özünün böyük biznesini qurub. Budur, İrəvanın ona yenidən işi düşüb. A.Sarkisyanı həm Avropa, həm də Rusiya qəbul edir. Ermənistanda da S.Sarkisyandan sonra hakimiyyətdə elm adamının olmasını çıraq kimi axtarırdılar. Ancaq onların sevincinin uzun sürməyəcəyini demək olar. Çünki A.Sarkisyan faktiki olaraq “toy prezidentidir” - mərasimləri aparacaq. Ölkənin idarə edilməsini isə yeni konstitusiyaya görə baş nazir həyata keçirməlidir. Belə çıxır ki, A.Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda iştirak etməyəcək.

Bu məqamlar diqqəti yenidən S.Sarkisyana çevirib. Çünki onu Çörçillə müqayisə edənlər Ermənistan mətbuatının yazdığına görə, baş nazir postunda görmək arzusundadırlar. Çünki Çörçill bir neçə dəfə vəzifədən gedib, lakin sonradan qayıdıb. Ekspertlər hesab edirlər ki, böyük ehtimalla S.Sarkisyan baş nazir olacaq. Ona daşnakların ciddi dəstək verəcəyini də nəzərə alırlar. Daşnak məsələsi Türkiyə ilə imzalanan protokollardan imtina ilə sıx əlaqələndirilir.

Məsələ ondan ibarətdir ki, S.Sarkisyanın həmin protokolları imzalamasına “Daşnaksütyun” etiraz etmişdi. Bu sənədlərə görə daşnaklar hakim Respublika Partiyası ilə əməkdaşlıqdan imtina etmişdilər. İndi S.Sarkisyan onsuz da elə bir əhəmiyyəti qalmayan həmin kağız parçalarından imtina etmə şousu yaratmaqla paralel olaraq daşnakların dəstəyini qazanıb. Parlamentdə məhz bu iki partiya üstünlük təşkil edir.

A.Sarkisyanın namizədliyini də respublikaçılarla daşnaklar irəli sürüblər. Parlamentdə fraksiya olan “Sarukyan” ona qarışmayıb, “Yelk” isə zəifdir. Bunlar onu göstərir ki, S.Sarkisyanın sözçülərinin dediyinin tam əksinə olaraq, onlar dövlətin maraqlarından çıxış etməyib sırf şəxsi istəklərinə uyğun hərəkət edirlər. Çünki bütün oyunlar hakimiyyətin S.Sarkisyanda qalması ilə nəticələnir. Onun isə heç bir uğuru yoxdur. Burada dövlət haradadır? Dövlət reallıqda yoxdur, Kremlin göstərişləri və əmrləri vardır. Ona görə də S.Sarksiyanın həm böyük siyasətçilərlə müqayisəsi, həm də dövlətin maraqlarını gözləməsindən bəhs edilməsi gülüşdən başqa reaksiya doğurmur.

Beləliklə, Ermənistanda növbəti dəfə seçki şousunun şahidi olduq. İrəvanın küçələrinə çıxıb 2008-ci ilin martın 1-də hakimiyyətin törətdiyi cinayətlərə etiraz edənlər də bu seçkini legitim hesab etmirlər. Onlar ölkədə vəziyyətin getdikcə ağırlaşdığı zamanda iqtidarın vəzifə oyunlarından son dərəcə narazıdırlar. Armen Sarkisyana da “əldədüzəltmə prezident” deyirlər. Yəni, faktiki olaraq, Ermənistanın idarəetmə fəlsəfəsində demokratiyaya doğru heç bir dəyişiklik nəzərdə tutulmur. Real idarəetmə əvvəlki kimi respublikaçılarla daşnaklarda olacaq ki, onlar da bolşevik üsulu ilə işləyirlər. Daşnakların iqtidarla əməkdaşlığı hakimiyyətin dar və məhdud ultramilliyyətçi, şovinist mövqeyində qalmaqda olduğunu təsdiqləyir.

Bəs bu vəziyyət Cənubi Qafqazdakı geosiyasi duruma necə təsir göstərə bilər? Ermənistanın özünün dövlət kimi formalaşmaq şansı qalıbmı? Düşünürük ki, hər iki sualın cavabı mənfidir. İndiyə qədər Ermənistan Cənubi Qafqazda nə kimi rol oynayıbsa, bu xətti də davam edəcəyi ehtimal olunur. Bu o deməkdir ki, Ermənistan bölgədə sabitliyə və regional əməkdaşlığa ən ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırkı həssas geosiyasi məqamda bunun Cənubi Qafqaz üçün son dərəcə təhlükəli olduğunu vurğulamalıyıq. Ermənilərin ağaları lazım bildikləri anda istifadə edib, vəziyyəti nəzarətdən çıxara bilərlər. Bunu necə etdiklərini Yaxın Şərqdəki hadisələrin misalında aydın görmək mümkündür.

Ermənistanın dövlətçiliyinə gəldikdə isə, ekspertlər çox pessimistdirlər. Onların fikirlərinə görə, nə qədər ki, İrəvan kənardan verilən əmrlərə uyğun hərəkət edir, real müstəqillikdən söhbət gedə bilməz. Əvvəlki süni siyasi oyunlar davam edəcək. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan rəhbərlərinin hansısa müsbət addım atmasını gözləmək çətindir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb