Tramp İranla nüvə sazişi imzalanana qədər blokadanın davam edəcəyini açıqlayıb
Vaşinqton, 29 aprel, AZƏRTAC
İran ABŞ-nin nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldıran anlaşmaya razı olana qədər dəniz blokadası altında qalacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.
O, çərşənbə axşamı gecəsi üçün hələ heç bir hücum əmri vermədiyini açıqlayıb.
“Blokada bombardmandan daha çox təsirli olur. Bu, onlar üçün daha pis olacaq. Onların nüvə silahı ola bilməz”, - deyə Tramp əlavə edib.
Tramp deyib ki, İran blokadanı aradan qaldırmaq üçün razılığa gəlmək istəyir: “Onlar barışmaq istəyirlər, blokadanı saxlamağımı istəmirlər. Blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”.
O əlavə edib ki, İranın neft anbarları və boru kəmərləri partlamağa yaxındır, çünki İran blokada səbəbindən neft ixrac edə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]