Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq
Vaşinqton, 23 aprel, AZƏRTAC
İranla razılaşma yalnız Amerika Birləşmiş Ştatları, müttəfiqləri və dünyanın qalan hissəsi üçün uyğun və məqbul olduqda bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında paylaşım edib. O bildirib ki, hazırda ən az təzyiq altında olan tərəf məhz özüdür.
“Vaxtım var, amma İranın yoxdur. Saat işləyir. İranın Hərbi Dəniz Qüvvələri dənizin dibindədir, Hərbi Hava Qüvvələri məhv edilib, hava hücumundan müdafiə və radar sistemləri sıradan çıxarılıb, liderləri artıq bizimlə deyil. Blokada güclüdür və tam təsirlidir. Zaman onların tərəfində deyil”, – deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]