Tramp: Qəzzada müharibəyə son qoymaq üçün aparılan danışıqlar çox uğurlu alınıb
Vaşinqton, 6 oktyabr, AZƏRTAC
HƏMAS və bir sıra ölkələrin Qəzzada müharibəyə son qoymaq üçün apardığı danışıqlar çox uğurlu alınıb və sürətlə davam edir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
O bildirib ki, texniki qruplar bazar ertəsi Misirdə yenidən bir araya gələcək və son təfərrüatları dəqiqləşdirəcək.
“Mənə dedilər ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan sürətlə hərəkət etməyi xahiş edirəm. Mən bu çoxəsrlik münaqişəyə nəzarət etməyə davam edəcəyəm. Zaman çox vacibdir, yoxsa daha çox qan töküləcək”,-deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]