Tramp və Zelenski arasında görüş qapalı formatda keçiriləcək
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş iki saat davam edəcək.
AZƏRTAC xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, görüş işgüzar nahar formatında, mətbuatın iştirakı olmadan keçiriləcək.
Qeyd edək ki, Zelenski oktyabrın 16-da Vaşinqtona səfər edib.
“Axios” portalının məlumatına əsasən, Volodimir Zelenski Donald Trampla görüşdə ABŞ-ın Ukraynaya “Tomahawk” raket kompleksi tədarükünə razılıq verəcəyinə ümid bəsləyirdi. Lakin Ukrayna nümayəndə heyəti ABŞ-a çatdıqdan az sonra ABŞ Prezidentinin rusiyalı həmkarı ilə telefon danışığı və Vladimir Putinlə Macarıstanda görüşə razılıq verməsi barədə xəbərlər onu təəccübləndirib.
Qeyd edək ki, Rusiya Prezidenti Donald Trampla söhbətində ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri tədarük etməsinin iki ölkə arasında münasibətlərə və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]