TRASEKA HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ NÖVBƏTİ GÖRÜŞÜ BRÜSSELDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-8-də Brüsseldə TRASEKA Hökumətlərarası Komissiyası Milli Katiblikləri işçi qruplarının növbəti görüşü keçiriləcəkdir.
Tədbirdə Azərbaycanı TRASEKA-nın milli katibi A.Mustafayev və Nəqliyyat Nazirliyinin nümayəndəsi təmsil edəcəkdir.
Görüşdə TRASEKA proqramı çərçivəsində həyata keçiriləcək layihələrin seçilməsi prosedurları, İnvestisiya Fondunun yaradılması, növbəti konfransa hazırlıq və digər məsələlər müzakirə olunacaqdır.
Mərkəzi qərargahı Bakıda yerləşən TRASEKA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılmışdır və quruma Avropa və Asiyanın 12 dövləti daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]