Türk Hava Yolları: İraqın Ərbil Hava Limanına uçuşlarımız bərpa olunur
İstanbul, 24 mart, AZƏRTAC
Türk Hava Yolları (THY) martın 26-dan İraqın Ərbil Hava Limanına uçuşlarını bərpa edəcək. Artıq bilet satışına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu THY-nın baş direktoru Bilal Ekşi bildirib.
Qeyd edək ki, rəsmi Bağdad İraq Kürd Regional Rəhbərliyinin (İKRR) ərazisinə tətbiq etdiyi uçuş qadağalarını Novruz bayramı ərəfəsində aradan qaldırıb. İraqın Baş naziri Heydər əl-İbadi ilə İKRR-də fəaliyyət göstərən “Demokratiya və ədalət uğrunda” ittifaqın rəhbəri Bərhəm Salih arasındakı telefon danışığında razılıq əldə olunub.
İKRR rəhbərliyinin beynəlxalq hüquqa zidd olaraq bölgədə referendum keçirməsi səbəbindən ötən il sentyabrın 29-dan etibarən Ərbil və Süleymaniyə şəhərlərindəki hava limanlarına uçuşlar dayandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]