SİYASƏT
Türk professor: İrəvandakı Azərbaycan izləri məqsədli şəkildə silinib VİDEO
![Türk professor: İrəvandakı Azərbaycan izləri məqsədli şəkildə silinib VİDEO](/files/2023/3/1200x630/17017674253446013951_1200x630.jpg)
Bakı, 5 dekabr, AZƏRTAC
İrəvan xanlığı haqqında xarici mənbələrdəki materiallara baxdıqda görürük ki, ermənilər haqqında məlumatlar yoxdur. Burada Rusiya, Fransa, Osmanlı mənbələrini misal çəkə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş söyləyib.
Professor qeyd edib ki, İrəvandakı Azərbaycan izləri məqsədli şəkildə silinib, oradakı 12 məsciddən sadəcə 1-i qalıb.
Yıldız Deveci Bozkuş, həmçinin bildirib: “Bu gün Azərbaycanın geosiyasi və geoiqtisadi gücü artmaqdadır. Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıtmasına Qərb dövlətləri də dəstək verməlidir”.