DÜNYA
Türkiyə mediası erməniəsilli sabiq deputatın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib


Ankara, 1 fevral, AZƏRTAC
Türkiyə mediası Xalqların Demokratiya Partiyasından (HDP) olan erməniəsilli sabiq millət vəkili Qaro Paylanın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib.
AZƏRTAC xəbər verir ki, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib.
Nəşr Qaro Paylanın Ermənistanın baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib.
Məşhur xəbər resursu “Haber7.com” da Türkiyənin sabiq millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb.
Portal, həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib.
Ankara