Türkiyə mediası Qərbi Kaspi Universitetinin “startup günləri”ndən yazıb
Bakı, 2 mart, AZƏRTAC
Türkiyənin “gazetekazan.com” saytında Azərbaycanda Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə keçirilən “startup günləri” barədə məlumat yerləşdirilib. “Azerbaycan gençlerinden yenilikçi projeler” sərlövhəli yazıda bildirilir ki, gənclər yarışmada innovativ ideyalar irəli sürüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yazıda layihələrin mahiyyəti şərh olunur. Bildirilir ki, ideyaların yarışında qalib olmuş “Tələbə sığortası” tələbələrin akademik borcunu sığortalamağı təklif edir. Belə ki, ikinci kursdan etibarən tələbə xidmətə müraciət edə və təhsil göstəriciləri yüksəkdirsə, sığorta xidmətindən istifadə edə bilər. Akademik borca görə yaranmış maliyyə borcunu sığorta olunmuş tələbənin əvəzinə sığorta şirkəti ödəyir.
İkinci yerə layiq görülmüş “Smart Box” layihəsi isə imtahan sual və cavablarını əldə etmək üçün ödənişli terminalların qurulmasını təklif edir.
Saytda türkiyəli qonaqların da iştirak etdiyi tədbirdən bəhs olunur. Bildirilir ki, çıxış edənlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, “startup günləri”nin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar: “Təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü “startap günləri” məhz bu çağırışa reaksiyalardan biridir. Tədbirdə tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edilib. Belə ki, Türkiyədən gələn mütəxəssis Bəhman Hüseynli, startupçı Orxan Əhmədovun moderatorluğu ilə internet biznesə yeni başlayanlar üçün təlim keçirilib”.
Yazı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://www.gazetekazan.com/2018/02/azerbaycan-genclerinden-yenilikci_28.html