Türkiyə Milli Müdafiə Nazirliyi: Yunan Kiprinin Misirlə sazişi regional sabitliyə təhlükədir
Ankara, 20 fevral, AZƏRTAC
Türkiyə Kiprin yunan icması ilə Misir arasında karbohidrogen ticarətinə dair bağlanmış sazişi qəbul etmir və bu razılaşmanı Şimali Kipr Türk Respublikasının maraqlarının pozulmasına yönəlmiş növbəti addım hesab edir. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin fevralın 20-də yayılmış bəyanatında deyilir.
Qurumdan bildirilib ki, kiprli yunanlar Lefkoşanın hüquqlarının pozulması məqsədilə regionda status-kvonu dəyişmək cəhdlərini davam etdirirlər. “Yunan Kipri ilə Misir arasında əldə edilmiş saziş regional sabitliyə və Kipr probleminin nizamlanması üzrə səylərə təhlükədir. ŞKTC-nin iştirakı olmadan imzalanan bütün sənədlər qeyri-qanunidir”, - deyə nazirlik vurğulayıb.
Ankarada qeyd ediblər ki, Türkiyə Kipr üzrə zamin ölkələrdən biri olaraq adada sülhə və sabitliyə təhlükə yaradacaq istənilən addımlara qarşı tədbirlər görməyə hazırdır.
Yunan Kiprinin rəhbəri Nikos Xristodulidisin Qahirəyə səfərini daha əvvəl ŞKTC XİN də pisləyib. “Xristodulidisin bu addımı nəinki Kiprdə, ümumilikdə bütün regionda gərginliyin artmasına səbəb ola bilər”, - deyə Lefkoşada vurğulanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]