Türkiyə nəşri: Suriya terrorçuları hərbi yardım üçün Fransaya müraciət ediblər
Ankara, 10 yanvar, AZƏRTAC
Suriyanın ələ keçirilən ərazilərində YPG terrorçularının (PKK-nın Suriya qanadı - AZƏRTAC-ın qeydi) yaratdığı oyuncaq administrasiya Fransadan hərbi yardım istəyib, Parisi Suriya və Türkiyə sərhədində fransız qoşunlarını yerləşdirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti “YPG-nin Fransaya çağırışı: Bizə gəlin, müsyö” sərlövhəli məqaləsində bildirilir.
Nəşrin yazdığına görə, Ankaranın YPG ilə rəsmi Dəməşq arasında razılaşma olmadığı halda Suriyada yeni hərbi əməliyyat keçirəcəyi ilə bağlı xəbərdarlığına cavab olaraq, terrorçuların dəstəklədiyi qeyri-qanuni formalaşma ümidlərini ABŞ və Fransaya bağlayıb.
“Donald Trampın nümayəndələri yanvarın 20-də andiçmə mərasimi ərəfəsində terrorçulara müsbət siqnal verməkdən imtina etdilər və YPG daha sonra dəstək üçün Fransaya üz tutdu”, -deyə Türkiyə qəzeti yazır.
Xüsusilə, YPG terrorçusu İlham Əhməd Fransanın “TV5 Monde” telekanalında çıxış edərək bildirib ki, Paris Ankaranın Fransanın Suriya-Türkiyə sərhədindəki hərbi varlığını tanımasına nail ola bilsə, YPG Suriyada “sülh prosesi”nə başlayacaq.
Türkiyə nəşri qeyd edir ki, suriyalı terrorçunun Fransa televiziyasındakı çıxışı ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Parisdə olduğu bir vaxtda yayımlanıb.
Qəzet Fransa prezidenti Emmanuel Makronun “Suriyadakı kürdlərə dəstək” bəyanatını da xatırladıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]