TÜRKİYƏ ORDU QURUCULUĞU SAHƏSİNDƏ AZƏRBAYCANA KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, general-polkovnik Səfər Əbiyev dost ölkədə mövcud ictimai-siyasi durum, eləcə də Türkiyə Silahlı Qüvvələrinin vəziyyəti ilə maraqlanmış, onun şəxsi heyətinə Vətənə xidmət işində uğurlar arzulamışdır.
Diviziya generalı Cahangir Akşit səmimi qəbul üçün təşəkkür edərək, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkökün salamlarını nazirə çatdırmışdır. O, ordu quruculuğu sahəsində Türkiyənin Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Görüş zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Ömər Bayraklı görüşdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]