Türkiyə Prezidenti: İndoneziyaya 48 ədəd KAAN təyyarəsi tədarük ediləcək
Ankara, 11 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN təyyarələrinin 48 ədədinin İndoneziyaya tədarükü üçün müqavilə bağlandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki paylaşımında Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanmış hərbi təyyarələrin ixracına dair müqavilənin Cakartada keçirilən “INDO Defence 2025” müdafiə sərgisi çərçivəsində imzalandığını bildirib.
O, İndoneziya Prezidenti Prabovo Subiantoya müdafiə müqaviləsinin imzalanmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Türkiyə lideri paylaşımında yazıb: “Dost və qardaş İndoneziya ilə razılaşmaya uyğun olaraq, Türkiyə 48 ədəd KAAN təyyarəsi ixrac edəcək. İndoneziyanın malik olduğu imkanlar onların istehsalında istifadə olunacaq”.
Türkiyə Prezidenti, həmçinin Müdafiə Sənayesi Müdirliyi və TUSAŞ-ı ölkənin rekord qıran müdafiə ixracı müqaviləsinə görə təbrik edib.
TUSAŞ daha əvvəl bildirmişdi ki, ilk seriyalı KAAN təyyarəsi 2028-ci ildə sifarişçilərə təhvil verilə bilər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]