TÜRKİYƏ PREZİDENTİ KÜRD YARAQLILARININ QİSMƏN AMNİSTİYASI BARƏDƏ QANUNU İMZALAMIŞDIR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, Türkiyə Prezidenti Əhməd Necdət Sezər hakimiyyət orqanları ilə əməkdaşlığa və ölkədə qadağan edilmiş Kürd İşçi Partiyasının (PKK-KADEK) fəaliyyəti barədə informasiya verməyə hazır olan kürd yaraqlılarının qismən amnistiyası barədə qanunu imzalamışdır. Qanun rəsmən dərc edildiyi andan altı ay müddətində qüvvədə olacaqdır.
Qanunda üsyançı qruplaşmaların gizli fəaliyyəti barədə hakimiyyət orqanlarına məlumat verənlərin cəzasının yüngülləşdiriləcəyi nəzərdə tutulmuşdur. Belə ki, həmin şəxslərin həbs müddəti iki dəfə, hətta üçdə iki dəfə azaldıla bilər.
Müşahidəçilər güman edirlər ki, PKK-KADEK liderləri istisna olmaqla, 2 minə yaxın kürd yaraqlısı amnistiya hüququndan istifadə edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]