Türkiyə Prezidenti: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynaya biləcəyinə inanırıq
Moskva, 10 mart, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər gərgin olduğunu, Azərbaycan ilə Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir.
Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
Türkiyə Prezidenti münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasının zəruriliyini vurğulayıb. “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində fəal rol oynaya biləcəyinə inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması məsələsinin də müzakirə olunduğunu diqqətə çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]