Türkiyə Prezidentinin türkdilli dövlətlərin vətəndaşları ilə bağlı fərmanı qüvvəyə minib
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı türkdilli dövlətlərin vətəndaşlarını bu ölkədə işləmək üçün Türkiyə vətəndaşlığını almaq məcburiyyətindən azad edən fərman qüvvəyə minib.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, sənəd türk ölkələrindən olan əcnəbilərə silahlı qüvvələrdə və təhlükəsizlik orqanlarında xidmət istisna olmaqla, dövlət və özəl qurumlarda sərbəst işləmək və sənətkarlıqla məşğul olmaq imkanı verir.
Yeni qaydaya əsasən, türk ölkələrinin vətəndaşlarına iş icazələri Türkiyə qanunvericiliyinin peşəkar tələblərinə cavab vermək şərti ilə verilir. İcazələrin verilməsi barədə qərar daxili və xarici işlər nazirliklərinin rəyi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilir.
İcazə alan əcnəbilərdən Türkiyə vətəndaşları ilə bərabər əsasda peşə birliklərində qeydiyyatdan keçmələri və bu birliklərin üzvlərinin bütün hüquqlarından istifadə etmələri tələb olunur. Lakin fərman onların siyasi hüquqlarını istisna edir, yəni bu kateqoriyadan olan əcnəbilər seçkilərdə iştirak edə və ya peşəkar təşkilatların rəhbər orqanlarına seçilə bilməzlər.
Fərmanın icrasına nəzarət aidiyyəti nazirliklərə həvalə edilib. Yeni qaydaların icra mexanizmi isə Türkiyə Prezidentin ayrıca sərəncamı ilə müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]