TÜRKİYƏ VƏ RUMINİYA PREZİDENTLƏRİ NABUKKO LAYİHƏSİNİ DAVAM ETDİRMƏK ƏZMİNİ İFADƏ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rumıniya və Türkiyə prezidentləri Trayan Besesku və Abdullah Gül avqustun 21-də İstanbulda mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Trayan Besesku vurğulamışdır ki, türkiyəli həmkarı ilə görüş zamanı Gürcüstandakı vəziyyətin gərginliyinə baxmayaraq, Xəzər enerji layihələrinin, Nabukko və digər layihələrin davam etdiriləcəyi ilə bağlı siyasi iradələrini ifadə etmişlər.
Dövlət başçıları Gürcüstanın ərazi bütövlüyü məsələsində də həmfikir olduqlarını bəyan etmişlər. Abdullah Gül demişdir ki, Ankaranın irəli sürdüyü Qafqaz İttifaqı təklifi bölgədəki münaqişələrin sülh yolu ilə həllinə kömək edə bilər. Onun sözlərinə görə, Qafqaz ölkəsi kimi Ermənistan da bu ittifaqda yer almalıdır. Yerevanla bağlı mövcud olan problemlər bəllidir və onların həlli yalnız danışıqlar vasitəsilə mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]