TÜRKİYƏ VƏ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ QAFQAZ İTTİFAQI TƏŞƏBBÜSÜNÜ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 22-də Türkiyənin xarici işlər naziri Əli Babacanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olmuşdur.
Türkiyə XİN-in mətbuat katibi Burak Özügergin jurnalistlərə bildirmişdir ki, tərəflər Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində bölgədəki gərginliyin azaldılması üçün Ankaranın konkret təkliflərini müzakirə etmişlər. Sergey Lavrov ölkəsinin bu təkliflərə müsbət yanaşdığını bir daha vurğulamışdır.
Mətbuat katibi onu da əlavə etmişdir ki, həmin təklifləri ətraflı müzakirə etmək üçün gələn həftə iki ölkənin diplomatları görüşəcəklər. Nazirlərin isə sentyabrın əvvəllərində görüşməsi barədə razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]