Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bakı, 7 iyun, AZƏRTAC
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində Prezident Rəcəb Tayyib Ərdoğan Kaxovka bəndinin partladılması ilə əlaqədar ukraynalı və rusiyalı ekspertlərin, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin təmsilçilərindən ibarət komissiyanın yaradıla biləcəyini vurğulayıb. Türkiyənin bu prosesdə əlindən gələni etməyə hazır olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi məsələsində olduğu kimi müzakirə yolunun seçilməsinin önəmini vurğulayıb.
Türkiyə Prezidenti müharibə uzandıqca insan tələfatının qarşısının alınmasının mümkün olmayacağını, bununla əlaqədar müzakirə masasına yenidən qayıdılması fikrinin vacibliyini diqqətə çatdıraraq, ədalətli sülhün bərqərar olması üçün səy göstərməkdə davam edəcəklərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]