Türkiyə XİN: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu lənətləyirik
Ankara, 27 yanvar, AZƏRTAC
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı bu gün səhər edilən hücumu lənətləyirik. Bu hücumda həyatını itirən səfirlik əməkdaşına Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin qanlı hadisə ilə bağlı açıqlamasında əksini tapıb.
Diqqətə çatdırılır ki, keçmişdə oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının acısına dərindən şərik olur. Bu alçaq hücumda məsuliyyət daşıyanların dərhal tapılaraq ədalətə təslim edilməsi və belə halların təkrar olunmaması üçün zəruri bütün tədbirlərin alınması mühüm əhəmiyyət daşıyır. Qardaş Azərbaycan xalqı əsla tək deyildir. Azərbaycana dəstəyimiz hər zaman olduğu kimi bundan sonra da fasiləsiz olaraq davam edəcəkdir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]