Türkiyədə 9 nəfərdə koronavirusun “eris” variantı aşkarlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Türkiyədə xarici ölkə ilə təmasda olan doqquz nəfərdə COVID-19-un “eris” variantı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial mediadakı açıqlamasında deyib.
“Laboratoriya analizləri nəticəsində doqquz nəfərdə COVID-19 infeksiyasının yoluxdurma gücü zəif olan “eris” variantı aşkarlanıb. Yoluxanların hamısı xarici ölkələrlə təmasda olan bir bölgənin sakinləridir. Digər ölkələrdə geniş yayılan bu variantın Türkiyədə də meydana çıxması labüd idi”, - deyə Fahrettin Koca bildirib.
Narahatlığa əsas olmadığını qeyd edən nazir ölkədə həyatın adi axarı ilə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, COVID-19 infeksiyası ilk dəfə 2019-cu il dekabr ayının sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınıb və qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. 2023-cü il mayın 5-də təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19 infeksiyasının artıq fövqəladə təhlükə olmadığını deyib.
Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 695 milyon 286 min yoluxma halı qeydə alınıb, 6 milyon 915 mindən çox insan isə həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]