Türkiyədə Ailə və Gənclik Fondu yaradılır
İstanbul, 23 noyabr, AZƏRTAC
Türkiyədə Ailə və Gənclik Fondunun yaradılması haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilərək qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, Türkiyənin neft, təbii qaz və mineral ehtiyatlardan əldə etdiyi gəlirin 20 faizi ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində yaradılacaq fonda köçürüləcək.
Ölkədə yeni ailə quran gənclərə fond tərəfindən 150 min Türk lirəsi məbləğində faizsiz kredit veriləcək. Gənclər krediti ilk iki il güzəştli, dörd il ərzində isə geri ödəmək şərti ilə ala biləcəklər.
Bu ilin fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə başladılacaq və hər il maliyyə məbləği artırılacaq layihə sonrakı mərhələdə bütün ölkəni əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]